
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutu fiziki şəxs Kərimov Etibar Həmzə oğlu (VÖEN – 1700495512) ilə müqavilə imzalayıb.
Yeniavaz.com xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Müqavilənin şərtlərinə görə, Qida Təhlükəsizliyi İnstitutu Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 17-ci Dağlıq küçəsi, 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsindən 545 kv.metr olan hissəsini icarəyə götürüəcək və icarə haqqı olaraq Kərimov Etibar Həmzə oğluna bir il üçün (26.05.2026 – 26.05.2027) 44 min 733 manat 60 qəpik ödəyəcək.
Onu da bildirək ki, Etibar Kərimov qeyd olunan ünvandakı qeyri-yaşayış sahəsini 3 ildir Qida Təhlükəsizliyi İnstitutuna icarəyə verir. Bundan başqa Etibar Kərimov “Aqrar Tədarük və Təchizat” ASC-yə də müxtəlif vaxtlarda anbar sahəsi icarəyə verib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz