İsrail Yaxın Şərqdə 1000 kv.km ərazini ələ keçirib? – FT


İsrail 2023-cü ilin oktyabr ayından bəri Baş nazir Benyamin Netanyahu hökumətinin yeni hərbi strategiyasının bir hissəsi olaraq Yaxın Şərqdə təxminən 1000 kvadrat kilometr ərazini ələ keçirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti məlumat yayıb.
Nəşrin hesablamalarına görə, İsrail qüvvələri Qəzzada, Livanda və Suriyada əraziləri ələ keçirib ki, bu da İsrailin 1949-cu il sərhədlərinin təxminən 5%-ni təşkil edir.
FT qeyd edir ki, ələ keçirilən ərazilərin yarıdan çoxu Livanın cənubundadır və İsrail qüvvələri burada “Hizbullah” təşkilatının qarşısını almaq üçün təhlükəsizlik zonası yaradıb. Ərazilərin qalan hissəsi isə Qəzzada və Suriyada yerləşir.
Qəzetin məlumatına görə, İsrail ordusu Qəzzanın yarıdan çoxuna nəzarət edir və bura İsrailin yaratdığı əlavə bufer zonaları da daxildir. Nəticədə, anklavın təxminən 2 milyon sakini hazırda Zolağın müharibədən əvvəlki ərazisinin təxminən 40%-də cəmləşib.
Nəşr bildirir ki, İsrailin yeni strategiyası ölkə daxilindəki ifrat sağçı dairələrin dəstəyini cəlb etsə də, genişmiqyaslı dağıntılara və Yaxın Şərqdə gərginliyin artmasına səbəb olub.

DİGƏR XƏBƏRLƏR

Top