Bakı-Tbilisi sərnişin qatarının fəaliyyəti mayın 26-da bərpa olunur – Rəsmi


Gürcüstan və Azərbaycan arasında yeni sazişlər imzalanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Gürcüstan hökumət administrasiyasının sosial şəbəkə hesabında məlumat yayılıb.
Bildirilir ki, tərəflər ikitərəfli koordinasiya şurasının protokolunu imzalayıblar. Razılaşmaya əsasən, yeni Bakı-Tbilisi-Qars dəmir yolu hissəsi tam istifadəyə veriləcək.
Eyni zamanda, altı illik fasilədən sonra Bakı ilə Tbilisi arasında gündəlik sərnişin qatarının hərəkəti 26 may tarixindən etibarən bərpa olunacaq.
İqtisadiyyat Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan və Gürcüstan arasında Prezident İlham Əliyev və Baş nazir İrakli Kobaxidzenin iştirakı ilə iqtisadiyyat, enerji və bağlantı sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş hərtərəfli sazişlər toplusu imzalanıb.
Bildirilib ki, tərəflər əlavə olaraq 26 may 2026-cı il tarixindən etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin bərpası barədə razılığa gəliblər.

DİGƏR XƏBƏRLƏR

Top