ABŞ-nin İran əməliyyatı üçün xərcləri 85 milyard dolları keçdi


ABŞ ordusunun İran əməliyyatı üçün xərcləri 79 gün ərzində 85 milyard dolları keçib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Iran War Cost Tracker” portalı hesabat yayıb.
Portalın real vaxt rejimində hesabatı Pentaqonun martın 10-da Konqresə verdiyi brifinqə əsaslanır. Brifinqdə Vaşinqtonun Yaxın Şərqdəki döyüşlərin ilk altı günündə 11,3 milyard dollar xərclədiyi və münaqişənin hər sonrakı günündə əlavə 1 milyard dollar xərcləməyi planlaşdırdığı bildirilir.
Hesabata görə, bu məqsədlərə xərclənən məbləğ, Maliyyə Nazirliyinin hərbi katibinin müavini vəzifəsini icra edən Culs Herst tərəfindən əvvəllər bildirilən rəqəmdən təxminən üç dəfə çoxdur. Nümayəndələr Palatasının Təxsisatlar Komitəsində keçirilən dinləmələrdə Herst Vaşinqtonun İrana qarşı hərbi əməliyyata təxminən 29 milyard dollar xərclədiyini bildirib.
Qeyd edək ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı müharibəyə başlayıblar. 7 apreldə Ağ Ev İranla iki həftəlik qarşılıqlı atəşkəs elan edib. Tehranın məlumatına görə, müharibənin 40 günü ərzində ABŞ-İsrail hücumlarında 3375 iranlı həlak olub. Aprelin 11-də Tehran və Vaşinqton İslamabadda danışıqlar aparıblar. Lakin bir sıra fikir ayrılıqlarına görə tərəflər uzunmüddətli razılaşma barədə razılığa gələ bilməyiblər.

DİGƏR XƏBƏRLƏR

Top