
“Space FM”ə yeni direktor təyin edilib.
Yeniavaz.com xəbər verir ki, bu vəzifə tanınmış radio aparıcısı Çingiz Mustafayevə (“DJ Çina”) həvalə olunub.
O, təyinatla bağlı sosial media hesabında da məlumat dərc edib.
Xatırladaq ki, bir neçə gün əvvəl “Space FM”in direktoru Sərxan Qədimovun vəzifəsindən azad olunması barədə məlumat yayılmışdı.
Tətbiqimizi yükləyə bilərsiniz