Türkiyədə silahlı hücum − 6 nəfər öldü


Türkiyədə restorana silahlı hücum olub.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Mersin vilayətinin Tarsus rayonunda baş verib.
Silahlı hücum nəticəsində 6 nəfər ölüb, 8 nəfər xəsarət alıb.
Məlumata görə, silahlı şəxs restoranlardan birinə daxil olaraq obyektin sahibi və bir əməkdaşı öldürüb. Daha sonra o, avtomobillə ərazidən qaçan vaxt heyvan otaran gənci və evinin qarşısında dayanan yük maşını sürücüsünü qətlə yetirib. 
Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxsin saxlanılması üçün genişmiqyaslı əməliyyat keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top