
Naxçıvan Beynəlxalq Aeroportunun ətrafında müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) sözügedən istiqamət üzrə reysləri ləğv olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə səhmdar cəmiyyəti məlumat yayıb.
Qeyd olunub ki, hava şəraiti sabitləşdikdən sonra uçuşların cədvələ uyğun şəkildə bərpası təmin ediləcək.
“Sərnişinlərin təhlükəsizliyi aviaşirkət üçün əsas prioritet olaraq qalır və vəziyyət nəzarətdə saxlanılır”, - məlumatda vurğulanıb.
Tətbiqimizi yükləyə bilərsiniz