Ukrayna prezidenti Rusiyadakı yeganə fabrikini bağlayır

Ukrayna prezidenti Petro Poroşenkonun sahibi olduğu “Roshen” korporasiyası apreldən Rusiyadakı Lipetsk konditer fabrikinin işini dayandırmaq qərarına gəlib.”Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, korporasiyadan deyiblər ki, bu qərar siyasi-iqtisadi səbəblərə görə qəbul edilib: “Daha əvvəl verilən məlumatlara görə Rusiyanın istintaq komitəsinin açılmış cinayət işi çərçivəsində Lipetsk konditer fabrikinin əmlakına həbs qoyması fabrikin satışını mümkünsüz edib”. “Roshen”dən qeyd ediblər ki, 2013-cü ildən fabrikdə istehsal 3 dəfə azalıb. Şirkətdən bunu “Roshen”in Ukrayna məhsullarının Rusiyaya ixracına qadağa qoyulmasından sonra çeşidin kəskin azalması ilə izah ediblər: “Fabrikdə istehsalın aşağı düşməsi ilə əlaqədar personalın daim kütləvi ixtisası aparılıb. Qalan 700-ə yaxın əməkdaş fabrikin fəaliyyətinin dayandırılması barədə məlumatlandırılıb”.

DİGƏR XƏBƏRLƏR

Top