
ABŞ-də iki qırıcı təyyarə havada toqquşub.
Yeniavaz.com NEXTA-ya istinadla xəbər verir ki, hadisə Aydaho ştatında yerləşən “Mountain Home” Hərbi Hava Qüvvələri Bazasında baş verib.
Belə ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarələr hava şousu keçirilən zaman havada toqquşublar.
Bildirilir ki, hər iki təyyarədə olan ekipaj üzvləri katapult etməyi bacarıb. Onların vəziyyəti ilə məlumat açıqlanmayıb.
Hadisənin səbəbləri araşdırılır.
Tətbiqimizi yükləyə bilərsiniz