
Azərbaycan Prezidenti İlham Əliyev Serbiyanın böyük dostudur.
Yeniavaz.com xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç sosial şəbəkə hesabında yazıb.
“Prezident Əliyev Serbiyanın böyük dostudur”, - Vuçiç vurğulayıb.
Serbiya Prezidenti azərbaycanlı həmkarı ilə görüş barədə də qısa məlumat bölüşüb:
“İki ölkənin strateji tərəfdaşlığının daha da inkişaf etdirilməsi barədə danışdıq, inanıram ki, tezliklə yeni əməkdaşlıq sahələri açacağıq”.
Tətbiqimizi yükləyə bilərsiniz