“Kiyev Aİ-nin pulu ilə yeni kütləvi terror aktı törədib” − Zaxarova


“Avrova mahnılarının sədaları altında Aİ tərəfindən maliyyələşdirilən Kiyev rejimi daha bir kütləvi terror hücumu həyata keçirdi”.
Yeniavaz.com
xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bunu TASS-a Moskva bölgəsində gecə baş verən kütləvi dron hücumunu şərh edərkən bildirib.
O bildirib ki, hədəflər yalnız mülki şəxslər - insanlar, çoxmənzilli binalar və fərdi evlər idi:
“Bu terror hücumları, əvvəlkilər kimi, Zelenski (Ukrayna Prezidenti Volodimir - red.) və Bankova (Ukraynada Prezident igamətgahının yerləşdiyi küçə - red.), eləcə də onları maliyyələşdirən kollektiv Qərb azlığı tərəfindən törədilən cinayətlərdir”.
Qeyd edək ki, dünən gecə Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri Moskva bölgəsinə Ukraynanın kütləvi dron hücumunu dəf edib. İlkin məlumatlara görə, Moskvada 12-dən çox insan yaralanıb, üç nəfər ölüb, Moskva bölgəsində isə daha altı nəfər yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top