Mövlud Çavuşoğlunun qardaşı dünyasını dəyişdi

çavuşoğlunun qardaşı ofisində güllələndi
Türkiyənin keçmiş xarici işlər naziri və AKP milət vəlkili Mövlud Çavuşoğlunun güllələnən qardaşı iş adamı Aydın Çavuşoğlu 12 gün sonra dünyasını dəyişib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Cumhuriyet” məlumat yayıb.
Belə ki, 12 gün əvvəl öz yanacaqdoldurma məntəqəsindəki ofisində yaralı vəziyyətdə tapılan və xəstəxanaya aparılan Aydın Çavuşoğlu bu gün vəfat edib.
Xatırladaq ki, Aydın Çavuşoğlu mayın 5-i Alanya şəhərindəki yanacaqdoldurma məntəqəsindəki ofisində güllə yarası nəticəsində ağır vəziyyətdə tapılıb. Hadisədən sonra Alanya Baş Prokurorluğu işə iki dövlət prokurorunun təyin edildiyini və mövcud dəlillərə əsasən, üçüncü tərəfin iştirakına dair heç bir dəlil olmadığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top