Suriya prezidenti Bəşər Əsəd Yaponiyanın TBS telekanalına verdiyi müsahibəsində Türkiyənin İŞİD-i maliyyələşdirdiyini, Ərdoğanı isə terrorçuların vasitəsi ilə Suriya neftinin qaçaqmalçılığında iştirak etdiyini söyləyib. "Yeniavaz.com"un RİA Novostiyə istinadən verdiyi məlumata görə, Əsəd deyib: "Açığını desək İŞİD 2006-cı ildə ABŞ-ın nəzarəti altında İraqda yaradılıb. Ancaq Suriyada münaqişə başlayandan sonra Türkiyə İŞİD-ə maliyyyə dəstəyi göstərərək Suriya neftinin qaçamalçılığında iştirak edib və bundan əldə etdiyi gəlirləri terrorçu qurumun sıralarına yeni üzvlərin cəlb edilməsinə xəcləyib. Türkiyə məhz Ərdoğanın birbaşa dəstəyi ilə neft qaçaqmalçılığına cəlb edilib."
Əsəd bunu nəzərə alaraq Türkiyənin və ya ABŞ-ın İŞİD-lə mübarizədə səmimi ola biləcəyinə inanmadığını vurğulayıb. O həmçinim Ərdoğanın İŞİD və "Cəbhət an-Nusra"ya münasibətdə manevr etdiyini, reallıqda isə onlara yenə də dəstək verdiyini söyləyib: "Ərdoğanın köməyi olmasaydı terrroçular mövcudluqlarını qoruyub saxlaya bilməzdilər".