
Ukrayna silahlı qüvvələri 17 may gecəsi Moskva bölgəsinə genişmiqyaslı hücum edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat yayıb.
Ukrayna ictimai qrupları bunun Rusiyanın Ukraynaya tammiqyaslı işğalının başlanğıcından bəri Moskvaya edilən ən böyük hücum olduğunu iddia edib.
Sobyaninin sözlərinə görə, zərbələrdən biri Moskva Neft Emalı Zavodunun nəzarət məntəqəsinə dəyib və tikinti işçiləri yaralanıb.
Bundan əlavə, üç binaya ziyan dəyib. İlkin məlumata görə, dron zərbələri nəticəsində 12 nəfər yaralanıb.
Ukrayna dron hücumundan sonra Moskvanın Şeremetyevo hava limanında yanğın başlayıb. İlkin məlumatlara görə, yanğın üçüncü uçuş-enmə zolağında baş verib. Hava limanı bildirib ki, əraziyə PUA-ların qalıqları düşüb. Şeremetyevoda təxminən 200 uçuş ləğv edilib və ya gecikib. Şeremetyevoya gələn bəzi uçuşlar alternativ aerodromlara yönləndirilib.
Vilayat qubernatoru Andrey Vorobyovun sözlərinə görə, Moskva vilayətində hücum nəticəsində üç yerli sakin həlak olub, dörd nəfər yaralanıb.

Tətbiqimizi yükləyə bilərsiniz