
“Mançester Yunayted” klubunun baş məşqçisi Maykl Kerrik ”Qırmızı şeytanlar”la 2028-ci ilə qədər davam edən və əlavə bir mövsüm imkanını nəzərdə tutan yeni müqavilə imzalayacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist, insayder Fabritsio Romano “X” sosial şəbəkə səhifəsində məlumat verib.
Daha əvvəl jurnalist Ben Ceykobs da müqavilənin müddəti ilə bağlı danışıqların davam etdiyini və variantlardan birinin “2+1” sxemi olduğunu bildirmişdi.
Qeyd edək ki, Kerrik yanvarın 13-də “Mançester Yunayted”in baş məşqçisi vəzifəsinə təyin olunub. Onun hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. 44 yaşlı mütəxəssisin rəhbərliyi altında “mankunianlılar” İngiltərə Premyer Liqasında 15 oyundan 10-da qalib gələrək Çempionlar Liqasına vəsiqə qazanıblar.
Tətbiqimizi yükləyə bilərsiniz