
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Türkiyədə həssas məlumatları xarici kəşfiyyat xidmətlərinə ötürən beynəlxalq casus şəbəkəsin ə qarşı əməliyyat keçirib.
Yeniavaz.com “TRT Haber”ə istinadla xəbər verir ki, Ankara Baş Prokurorluğu və Ankara Terrorla Mübarizə İdarəsinin birgə apardığı birgə istintaq çərçivəsində 4 vilayətdə eyni vaxtda əməliyyat keçirilib.
Əməliyyat nəticəsində şəbəkə rəhbəri olduğu bildirilən şəxs də daxil olmaqla 7 şübhəli şəxs saxlanılıb.
Şəbəkə üzvlərindən ikisinin isə artıq başqa cinayətlərə görə həbsdə olduğu müəyyən edilib.
Saxlanılan 7 nəfər casusluq ittihamı ilə həbs olunaraq məhkəmə orqanlarına göndərilib.
Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, iki fərqli xarici kəşfiyyat xidməti üçün işləyən casus şəbəkəsi Türkiyədəki qeyri-hökumət təşkilatları, cəmiyyətlər, ictimai qruplar və dövlət məmurları barədə həssas məlumatlar toplayaraq xarici kəşfiyyat xidmətlərinə ötürüb.
Aparılan istintaq nəticəsində şəbəkənin əlaqə, hesabat və maliyyələşmə mexanizmləri ifşa olunub.
Tətbiqimizi yükləyə bilərsiniz