
Naxçıvan Beynəlxalq Aeroportunun yaxınlığında müşahidə olunan əlverişsiz hava şəraiti ilə əlaqədar “Azərbaycan Hava Yolları”nın (AZAL) müvafiq istiqamətdə uçuşları təxirə salınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə AZAL-dan məlumat verilib.
Məlumata görə, hava şəraiti stabilləşdikdən sonra reyslər əvvəlki qaydada icra olunmağa davam edəcək.
Tətbiqimizi yükləyə bilərsiniz