Türkiyədə küçənin ortasına PUA düşdü


Türkiyənin Samsun şəhərinin İlkadım rayonunda bir küçənin ortasına pilotsuz uçuş aparatı (PUA) düşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DHA agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, hadisə yerli vaxtla təxminən saat 06:30-da baş verib.
Hadisə Kazım Karabekir rayonundakı küçələrdən birində qeydə alınıb.
Hadisə yerinə polis, tibb və yanğınsöndürmə briqadaları cəlb olunub.
Qəza nəticəsində iki binanın dam örtüyü və pəncərələri zədələnib.
Mütəxəsisslər qanadları açılan və uzunluğu 1 metr olan pilotsuz uçuş aparatının təyinatını və məqsədini müəyyən etmək üçün araşdırma aparırlar.

DİGƏR XƏBƏRLƏR

Top