İran Hörmüz boğazı üçün mexanizm hazırladı


İran Hörmüz boğazından gəmilərin hərəkətini idarə etmək üçün mexanizm hazırlayıb.
Yeniavaz.com
“Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə İran Parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədri İbrahim Əzizi bildirib.
Onun sözlərinə görə, Hörmüz boğazında gəmilərin hərəkəti üçün xüsusi marşrut yaradılacaq.
Əzizi qeyd edib ki, bu mexanizmdən yalnız İranla əməkdaşlıq edən ticarət gəmiləri və tərəflər istifadə edəcək.
O, mexanizm çərçivəsində göstərilən ixtisaslaşmış xidmətlər üçün ödəniş olacağını əlavə edib.
Yeni mexanizmin tezliklə təqdim olunacağını gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top