“Toyota”nın yeni robotu basketbolda dünya rekordu vurdu


Dünyanın ən böyük avtomobil istehsalçısı “Toyota”nın CUE7 robotu basketbolda cərimə atışları üzrə dünya rekordu vurub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Carscoops” nəşri məlumat yayıb.  
Məlumata görə, CUE7 robotu ardıcıl 2020 cərimə atışını həyata keçirib.
2024-cü ildə isə robot məsafəyə görə rekord vurub. O, 24,55 metr (80,5 fut) məsafəyə atışla humanoid robot tərəfindən ən uzaq məsafəyə atış rekorduna imza atıb.
Nəşrin məlumatına görə, robot Tokiodakı “Toyota Arena”da keçirilən “Alvark Tokio” komandasının ev oyununda debüt edib.
Qeyd edək ki, CUE7 robotu avtomobil istehsalçısının CUE layihəsindəki ən son məhsuludur. O, basketbol topunu böyük dəqiqliklə basketbol səbətibə ata bilir. Saysız-hesabsız kamera və sensorlarla təchiz olunmuş robot ətraf mühiti dəqiq təhlil edə və topu hansı miqdarda qüvvə və trayektoriya ilə idarə edəcəyini müəyyən edə bilir.
Xatırladaq ki, CUE layihəsi 2017-ci ildə başlayıb. Hazırda “Toyota” Mühəndislik Cəmiyyətinin könüllüləri süni intellekti inkişaf etdirmək üçün onun üzərində işləyirlər. Robotun boyu 2,18 metr, çəkisi 74 kq-dır. Bir robotun təxminən 150 000 dollara başa gəldiyi təxmin edilir.

DİGƏR XƏBƏRLƏR

Top