WUF13 çərçivəsində ictimai nəqliyyat bu sistemdə fəaliyyət göstərəcək


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən WUF13 Əməliyyat şirkəti ilə birgə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində 9 HUB və 2 son məntəqə, eyni zamanda 67-dən çox aralıq məntəqə təşkil edilib.
Yeniavaz.com
xəbər veri ki, bu barədə AYNA-dan məlumat verilib.
Məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanından müəyyən edilmiş məntəqələrə daşınması üçün 6, eyni zamanda tədbir günlərində həmin məntəqələrdən forumun keçiriləcəyi əraziyə daşınması üçün 12 marşrut fəaliyyət göstərir.
Daşımalar əsasən elektrikli avtobuslarla həyata keçirilir. Sözügedən xətlərin idarə olunması və nəqliyyat əməliyyatlarının icrası AYNA-nın monitorinq mərkəzi tərəfindən 24/7 izlənməsi təmin edilib. Nəqliyyat əməliyyatlarının həyata keçirilməsi üçün sürücü və idarə heyəti ilə birlikdə 1500-ə yaxın işçi heyəti bu proseslərə cəlb edilib.
6 küçə və prospektdə 41,5 km-lik xüsusi hərəkət zolağı təşkil edilib və yeni yol nişanları quraşdırılıb. 34 küçə və prospektdə (ümumi 170 km) üfüqi nişanlama xətləri bərpa edilib, 19 küçə və prospektdə (20 km-dən artıq) yeni salınmış asfalt örtüyündə xətlərin bərpası aparılıb.
Şəhər ərazisində mikromobillik zolaqlarının uzunluğu 63,2 km-ə çatdırılıb. Bu zolaqlar cəlbetmə məntəqələrini əlaqələndirir.
WUF13-lə əlaqədar patrul sistemi gücləndirilmiş iş rejiminə keçirilib.
Daşımalara 150 ədəd “Bakı Taksi” xidmətinin və hava limanı daşımaları üzrə 330 ədəd taksi sifarişi operatorlarının tərəfdaşlıq etdiyi digər nəqliyyat vasitəsi cəlb edilib.
“Ayna MaaS” tətbiqi vasitəsi ilə həm tədbir marşrutları, həm də ictimai nəqliyyat marşrutlarında gedişlərin planlanması mümkündür. WUF13-lə əlaqədar xarici bank kartları ilə ictimai nəqliyyatda ödəniş imkanı, habelə “Ayna MaaS” tətbiqində tədbir marşrutları üzrə funksionallıq yaradılıb.

DİGƏR XƏBƏRLƏR

Top