“Çelsi” Xabi Alonso ilə danışıqlara başladı


“Çelsi” rəhbərliyi “Real Madrid”in keçmiş baş məşqçisi Xabi Alonso ilə danışıqlara başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist və insayder Fabritsio Romano sosial şəbəkə səhifəsində məlumat verib.
Onun sözlərinə görə, təyinatla bağlı yekun qərarın tezliklə veriləcəyi gözlənilir.
Klub aktiv şəkildə yeni baş məşqçi axtarışındadır və rəhbərlik onun adını Dünya Kubokundan əvvəl açıqlamağı planlaşdırır.
Alonso ilə yanaşı, digər potensial namizdlər arasında “Bornmut”dan Andoni İraola, “Kristal Pelas”dan Oliver Qlasner və “Fulhem”dən Marko Silva da var.
Qeyd edək ki, Alonsonun məşqçi kimi son klubu “Real Madrid” olub. O, komandaya 2025-ci ilin iyunundan 2026-cı ilin 12 yanvarına qədər rəhbərlik edib. Alonso komandaya rəhbərlik etdiyi müddətdə 28 oyunda 20 qələbə qazanıb, 3 heç-heçə edib və 5 dəfə məğlub olub.
Xatırladaq ki, ingilis Kalum Makfarleyn “Çelsi”nin müvəqqəti baş məşqçisidir. Mövsümün əvvəlində italiyalı Enzo Mareska londonluların baş məşqçisi idi, lakin o, yanvarın 1-də istefaya göndərildi. Yanvarın 6-da ingilis Liam Rosenyor baş məşqçi vəzifəsini icra etməyə başladış Lakin o, aprelin 22-də istefaya göndərildi.

DİGƏR XƏBƏRLƏR

Top