Starmer könüllü istefa verə bilər – “The Daily Telegraph”


Böyük Britaniyanın Baş naziri Kir Starmer Böyük Mançester qraflığının meri Endi Bernemin xeyrinə könüllü olaraq istefa verə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Bernem mayın 14-də İcmalar Palatasının (aşağı palata) əlavə seçkilərində Makerfild seçki dairəsinə namizədliyini elan edib. Mayın 15-də isə hakim Leyboristlər Partiyasının milli icra komitəsi onun namizədliyini təsdiq edib.
Makerfildi təmsil edən leyborist millət vəkili Coş Saymonsun Bernemin parlamentə daxil olmasına icazə vermək üçün istefa verəcəyini açıqlamasından sonra əlavə seçkilərin 18 iyunda keçirilməsi gözlənilir.
Əgər seçkilərdə qalib gələrsə, Bernem baş nazir olmaq hüququna malik olacaq.
“The Daily Telegraph”ın mənbələrinə görə, Starmer bütün variantları nəzərdən keçirir və rəhbərliyinə qarşı hər hansı bir etirazı dəf etməyə hazır olduğunu açıq şəkildə bildirsə də, könüllü olaraq istefa verə bilər. Qəzet əlavə edib ki, bu ssenari Leyboristlər Partiyasındakı müxtəlif fraksiyalar Bernemin ətrafında birləşərsə, mümkündür. Həmçinin nəşr qeyd edib ki, Starmer Makerfild əlavə seçkilərinin nəticələri məlum olana qədər istefa verməyəcək.
Qeyd edək ki, Britaniyadakı bütün əsas kabinet nazirlərinin Parlament üzvü olması tələb olunur.

DİGƏR XƏBƏRLƏR

Top