
ABŞ qüvvələri Nigeriyada İŞİD-in dünya miqyasında ikinci liderini məhv edib.
Yeniavaz.com xəbər verir ki, bu barıdı ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkə səhifəsində məlumat verib.
“Bu gün axşam mənim göstərişimlə rəşadətli Amerika və Nigeriya Silahlı Qüvvələri döyüş meydanında dünyanın ən fəal terrorçusunu məhv etmək üçün diqqətlə planlaşdırılmış və olduqca mürəkkəb bir missiyanı qüsursuz şəkildə yerinə yetirdilər. İŞİD-in dünya üzrə ikinci komandiri olan Əbu Bilal əl-Minuqi Afrikada gizlənə biləcəyini düşünürdü, amma onun nə etdiyi barədə bizə məlumat verən mənbələrimizin olduğundan xəbərsiz idi”, - ABŞ Prezidenti bildirib.
Trampın sözlərinə görə, əl-Minuqi artıq Afrika xalqlarını terrora məruz qoymayacaq və ya amerikalılara qarşı əməliyyatların planlaşdırılmasına kömək etməyəcək.
Tramp onun məhv edilməsinin İŞİD-in qlobal əməliyyatlarının miqyasını əhəmiyyətli dərəcədə sarsıtdığını bildirib. O, həmçinin, bu əməliyyatdakı tərəfdaşlığına görə Nigeriya hökumətinə təşəkkür edib.
Tətbiqimizi yükləyə bilərsiniz