İsmayıllı-Lahıc yolunda sürüşmə – Yol bağlandı


İsmayıllı-Lahıc yolunda sürüşmə olub, yol bağlanıb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, yolda baş verən torpaq sürüşməsi nəticəsində nəqliyyatın hərəkəti dayandırılıb. Sürüşmə Lahıc və Namazgah kəndləri arasındakı hissədə qeydə alınıb.
Yerli sakinlərin sözlərinə görə, sürüşmədən sonra dağdan qopan iri qaya parçaları və torpaq kütləsi yolun hərəkət hissəsinə tökülərək nəqliyyatın hər iki istiqamətdə hərəkətini mümkünsüz edib.
Əraziyə yol idarəsinin xüsusi texnikası cəlb olunub.
Hazırda yolun qaya və torpaq qatından təmizlənməsi, həmçinin hərəkətin bərpası istiqamətində işlər davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top