Ağ Evin bal zalı nə vaxt açılacaq? − Tramp açıqladı


ABŞ Prezidenti Donald Tramp Ağ Evin Bal Zalının açılacağı tarixi deyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.
“Çində bal zalı var, ABŞ-də da olmalıdır! O, vaxtından əvvəl tikilir və ABŞ-də ən yaxşı belə bina olacaq. Onun 2028-ci ildə açılması planlaşdırılır”, - Amerika lideri bildirib.
Qeyd edək ki, 2025-ci ilin dekabr ayında “CBS News” Milli Park Xidmətinə istinadən bildirib ki, Ağ Evin şərq tərəfindəki 300 milyon dollarlıq bal zalının 2028-ci ilin yayında tamamlanması planlaşdırılır. Yeni binanın tutumu 650 nəfər olacaq. Tikintinin Trampın prezidentliyinin sonuna qədər başa çatması gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top