
Çin avtomobil nəhəngi BYD rəsmi olaraq “Stellantis” və digər Avropa avtomobil istehsalçıları ilə onların boş istehsal müəssisələrini əldə etmək üçün danışıqlar apardığını təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “IT Home” məlumat yayıb.
Daha əvvəl mediada BYD-nin Avropada az istifadə olunan zavodları əldə etmək imkanlarını müzakirə etdiyi bildirilirdi. BYD nümayəndələri bu məlumatı təsdiqləyərək danışıqların təfərrüatlarının hələ açıqlanmadığını bildiriblər. Daha əvvəl BYD-nin icraçı vitse-prezidenti Li Ko şirkətin İtaliyada və digər ölkələrdə zavodları əldə etmək və ya icarəyə götürmək üçün variantları araşdırdığını bildirmişdi.
Bu açıqlama BYD-nin Avropa bazarında aktiv genişlənmə planları fonunda baş verib. Növbəti üç il ərzində Çin istehsalçısı xüsusi olaraq Avropa üçün hazırlanmış bir sıra modelləri satışa çıxarmaq niyyətindədir. Bunlardan birincisi, “Dolphin G” hibrid hetçbeki gələn ay təqdim olunacaq.
Tətbiqimizi yükləyə bilərsiniz