
Ukrayna prezident administrasiyasının keçmiş rəhbəri Andrey Yermak həftəsonu məhkəməyəqədər həbsdə qalacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Ukrainska Pravda” məlumat yayıb.
Nəşrin məlumatına görə, tələb olunan 140 milyon qrivnadan 58,8 milyon qrivna Yermak üçün depozitə qoyulub. Ali Radanın deputatı Yaroslav Jeleznyak iddia edir ki, Yermakın müdafiəsi 100 milyon qrivna toplayıb.
Ukrayna Ali Antikorrupsiya Məhkəməsi şənbə və bazar günləri bağlı olur, ona görə də tələb olunan məbləğ toplansa belə, məhkəmə onun həqiqətən depozitə qoyulub-qoyulmadığını yoxlaya bilməyəcək. Girovu verənlər arasında Ukrayna milli futbol komandasının keçmiş məşqçisi Sergey Rebrov da var.
Qeyd edək ki, Andrey Yermak Kiyev yaxınlığında elit “Dynasty” kompleksinin tikintisi zamanı 460 milyon qrivnanın (10 milyon dollar) yuyulması ilə bağlı işdə şübhəli bilinir. O, özünü günahkar hesab etmir.
Tətbiqimizi yükləyə bilərsiniz