
Türk kinosunun canlı əfsanələrindən biri olan Kadir İnanır reanimasiyaya yerləşdirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.
Bildirilib ki, uzun müddətdir səhhətində problemlər yaşayan veteran aktyor dünən gecə səhhətində problem yaşadığı üçün xəstəxanaya yerləşdirilib. Həkimlərin ilkin müalicəsindən sonra İnanır reanimasiya şöbəsinə yerləşdirilib və hazırda müalicəsi davam etdirilir.
Qeyd edək ki, Kadir İnanır 24 mart 2024-cü ildə beynində qan laxtası səbəbindən xəstəxanaya yerləşdirilib və uzun müddət reanimasiyada müalicə alıb. Aylarla davam edən müalicə və fizioterapiyadan sonra xəstəxanadan buraxılıb, lakin sonradan ağciyər infeksiyası səbəbindən yenidən müalicəyə göndərildiyi məlum olub.