Şakira və Burna Boy 2026-cı il Dünya Kubokunun rəsmi himnini yazdılar


Məşhur musiqi sənətçiləri Şakira və Burna Boy 2026-cı il Dünya Kubokunun rəsmi himni olan "Dai Dai"nı yazıblar.
Yeniavaz.com
xəbər verir ki, FİFA-nın mətbuat xidməti təşkilatın rəsmi saytında məlumat verib.
Mahnı, məqsədi dünya uşaqlarının keyfiyyətli təhsilə və futbol oynamaq imkanlarına çıxışını təmin etmək üçün Dünya Kubokunun sonuna qədər 100 milyon dollar toplamaq olan FİFA Qlobal Təhsil Fonduna dəstək olaraq yayımlanıb.
2026-cı il Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək. Tarixdə ilk dəfə olaraq turnirdə 48 komanda iştirak edəcək. Argentina hazırkı dünya çempionudur.

DİGƏR XƏBƏRLƏR

Top