Neymar İtaliya vətəndaşlığını aldı


“Santos”un braziliyalı futbolçusu Neymar İtaliya vətəndaşlığını alıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira sosial şəbəkə hesabında məlumat yayıb.
“Bu gündən etibarən Neymar rəsmi olaraq İtaliya vətəndaşıdır. O, qismən Emiliano Nitti hüquq firmasının dəstəyi sayəsində İtaliya vətəndaşlığını alıb”, - Skira yazıb.
34 yaşlı hücumçu 128 matçda 79 qol vuraraq Braziliya milli komandasının bütün zamanların ən çox qol vuran oyunçusudur.

DİGƏR XƏBƏRLƏR

Top