Bakı-Ələt-Qazax-Gürcüstan yolunda çökmə


Bakı-Ələt-Qazax-Gürcüstan dövləti sərhədi avtomobil yolunun Bakı istiqamətində 55-ci kilometrliyində yerləşən kanal körpüsündə çökmə qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Məumata görə, körpünün bir aşırım tirinin qırılması nəticəsində ərazidə çökmə yaranıb.
Bildirilib ki, hadisə yerinə dərhal agentliyin əməkdaşları cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb.
Hazırda magistralın 54-cü kilometrindən 56-cı kilometrinədək paytaxt istiqamətind hərəkət məhdudlaşdırılıb.
Nəqliyyat vasitələrinin hərəkəti alternativ olaraq qəsəbədaxili yan yola yönləndirilib.
Qeyd edilib ki, əraziyə agentliyin mütəxəssisləri cəlb olunub, hadisənin başvermə səbəbləri araşdırılır, dəymiş zərər müəyyənləşdirilir, qısa müddət ərzində bərpa işlərinə başlanılacaq.

DİGƏR XƏBƏRLƏR

Top