Bakı adambaşına düşən metro stansiyasının sayına görə yalnız İrəvandan öndədir – Siyahı


Region ölkələri arasında metro stansiyalarının əhali sayına nisbəti baxımından Tbilisi ilk sıradadır.
Yeniavaz.com
müvafiq rəsmi qurumların açıqladığı məlumatlara istinadən xəbər verir ki, Tbilisi şəhərinin 1,1 milyon əhalisinə 23 metro stansiyası xidmət göstərir və nəticədə hər 100 min nəfərə 2,11 stansiya düşür.
Siyahıda ikinci yerdə Rusiyanın paytaxtı Moskva qərarlaşıb. Rəsmi məlumatlara görə, burada 13,1 milyon əhali yaşayır və 263 metro stansiyası fəaliyyət göstərir. Moskada hər 100 min nəfərə düşən stansiya sayı 2-yə bərabərdir.
Özbəkistanın paytaxtı Daşkənd 1,85 göstərici ilə üçüncü pillədə yer alıb. Şəhərdə 2,7 milyon nəfər üçün 50 metro stansiyası mövcuddur. Cənub qonşumuz İranın paytaxtı Tehran isə 155 stansiya və 9,8 milyon əhali ilə hər 100 min nəfərə görə 1,57 stansiya göstəricisinə malikdir.
Türkiyənin paytaxtı Ankara 81 metro stansiyası ilə siyahıda 1,44 göstərici əldə edib. İstanbul da oxşar nəticə göstərərək 236 stansiya və 16,4 milyon əhali ilə 1,43 göstəriciyə sahib olub.
Paytaxt Bakı siyahıda aşağı pillələrdə qərarlaşıb. Rəsmi məlumatlara görə paytaxtın 2,5 milyona yaxın əhalisinə 27 metro stansiyası xidmət göstərir və hər 100 min nəfərə 1,06 stansiya düşür. Ən aşağı göstərici isə İrəvanda qeydə alınıb. Şəhərin 1,1 milyon əhalisi üçün 10 metro stansiyası fəaliyyət göstərir və göstərici 0,90 təşkil edir.


Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top