Bekhem Böyük Britaniyanın ilk milyarder idmançısı oldu


“Mançester Yunayted” və “Real Madrid”in keçmiş yarımmüdafiəçisi Devid Bekhem Böyük Britaniyanın ilk milyarder idmançısı olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Times” qəzeti məlumat yayb.
Nəşrin məlumatına görə, onun sərvəti 1 milyard funt sterlinqi keçərək, 1,185 milyard funt sterlinqə çatıb.
Bekhemin sərvətindəki əhəmiyyətli artım daşınmaz əmlak investisiyaları, eləcə də, səkkiz dəfə “Qızıl top” mükafatçısı Lionel Messinin oynadığı “İnter Mayami” klubundakı payı ilə əlaqələndirilir. Onun klubdakı payı təxminən 300 milyon funt sterlinq dəyərində qiymətləndirilir.
Qeyd edək ki, Bekhemin 51 yaşı var. O, oyunçu karyerasını 2013-cü ildə başa vurub. Futbolçu 1993-cü ildən 2003-cü ilə qədər “Mançester Yunayted”də oynayıb. Yarımmüdafiəçi komandada 265 oyun keçirib və 62 qol vurub. Bekhem altı dəfə İngiltərə çempionu olub (1996, 1997, 1999, 2000, 2001, 2003), iki dəfə İngiltərə Kubokunu (1996, 1999) və Super Kuboku (1996, 1997) qazanıb, həmçinin 1999-cu ildə Çempionlar Liqasının qalibi olub. Bekhem karyerası ərzində həmçinin, İspaniyanın ”Real Madrid”, Fransanın “Pari Sen Jermen” və “Los-Anceles Qalaksi” klublarında oynayıb. 2025-ci ilin iyun ayında o, cəngavər tituluna layiq görülüb. O, həmçinin İngiltərə millisində 115 oyun keçirib və 17 qol vurub.

DİGƏR XƏBƏRLƏR

Top