
“Qara geyinmiş adamlar” filminin ulduzu Uill Smit uğurlu “Hellouin” franşizası ilə tanınan və Devid Qordon Qrinin rejissorluğu ilə çəkilən “Supermaks” döyüş filmində oynayacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Deadline” portalı məlumat yayıb.
Portalın məlumatına görə, film Smitin 2022-ci ildəki qalmaqallı “Oskar” hadisəsindən sonra ilk orijinal işi olacaq.
Süjet dünyanın ən təhlükəsiz həbsxanasında baş verən faciəvi hadisəni araşdıran iki FTB agenti ətrafında cərəyan edir.
Aktyor filmdə FTB agentlərindən birini canlandıracaq. “Deadline” qeyd edir ki, Smitin partnyoru hələ təsdiqlənməyib.
Portalın məlumatına görə, çəkilişlərin avqustun ortalarında başlaması planlaşdırılır.
Həmçinin, premyeranın birbaşa “Prime Video”da yayımlanması gözlənilir.
Qeyd edək ki, 2022-ci ilin mart ayında Uill Smit “Oskar” mükafatlandırma mərasimi zamanı həyat yoldaşı Cada Pinkett Smitin saçının tökülməsi ilə bağlı zarafat etdiyinə görə komediyaçı Kris Rokun üzünə yumruq vurmuşdu. Təxminən bir il keçməsinə baxmayaraq, Rok hələ də üzündə zədənin qaldığını bildirmişdi. Digər tərəfdən, Cada Pinkett Smit həyat yoldaşı Uill Smitin bu hərəkətinin onların evliliyini xilas etdiyini etiraf etmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz