
“Bavariya” “Nyukasl Yunayted”in hücumçusu Entoni Qordonun transferi ilə bağlı prinsipial razılığa gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “talkSPORT” radiosu məlumat yayıb.
Məlumata görə, hazırda komandalar arasında 25 yaşlı futbolçunun transferi ilə bağlı danışıqlar aparılır. Bu transferin yay transfer pəncərəsi zamanı baş tutacağı gözlənilir. İngiltərə klubu Qordon üçün təxminən 85 milyon avro almaq niyyətindədir.
Qeyd edək ki, Qordon 2023-cü ilin yanvar ayından “Nyukasl Yunayted”də oynayır. Onun müqaviləsi 1 iyul 2030-cu ilə qədərdir. Daha əvvəl futbolçunun müqaviləsi 2024-cü ilə qədər nəzərdə tutulmuşdu.
“Transfermarkt” oyunçunun transfer qiymətini 60 milyon avro olaraq qiymətləndirir.
Hücumçu bu mövsüm 46 oyunda 17 qol vurub və 5 məhsuldar ötürmə edib.
Tətbiqimizi yükləyə bilərsiniz