
Rusiya və Ukrayna arasında hərbi əsir mübadiləsi aparılıb və bu müddət ərzində hər iki tərəf 205 nəfəri geri qaytarıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, hazırda Rusiya hərbçiləri Belarusdadır və onlara psixoloji və tibbi yardım göstərilir.
Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, Birləşmiş Ərəb Əmirlikləri Ukrayna əsirliyindən olan rus hərbçilərin geri qaytarılması üçün humanitar vasitəçilik səyləri göstərib.
Nazirlik əlavə edib ki, əsirlikdən qayıdan bütün rus hərbçiləri Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiya üçün Rusiyaya aparılacaqlar.
Qeyd edək ki, əvvəlki məhbus mübadiləsi aprelin 24-də baş tutub və hər iki tərəf 193 nəfəri təhvil verib.
Tətbiqimizi yükləyə bilərsiniz