“Space 104 FM”in direktoru işdən çıxarılıb – KİV


“Space 104 FM” radiosunun direktoru Sərxan Qədimovun vəzifəsindən azad edildiyi bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Qaynarinfo” məlumat yayıb.
Qeyd edək ki, bir müddət əvvəl “Space TV”nin rəhbəri Vado Korovinin də vəzifəsindən azad olunması barədə məlumat yayılıb.
Sayt, S. Qədimovla birlikdə Vado Korovinin sürücüsünün də işindən çıxarıldığını yazıb.
Qeyd edək ki, Sərxan Qədimov 2024-cü ilin avqustunda “Space” radiosuna direktor təyin edilib. 14 il ATV telekanalında çalışan Sərxan Qədimov daha sonra "Space" televiziyasında Musiqi departamentinin rəhbəri olub.

DİGƏR XƏBƏRLƏR

Top