"Türkiye Petrolleri"nə azərbaycanlılar sahib çıxdı

Türkiyənin Özəlləşdirmə Şurası "Türkiye Petrolleri Petrol Dağıtım AS" şirkətinin yanacaqdoldurma şəbəkəsinin 100 faizlik özəlləşdirilməsinə icazə verib. Yanacaqdoldurma şəbəkəsinin yeni sahibi ötən il oktyabrın 20-də keçirilmiş tenderdə ən yüksək məbləğ - 490 milyon lirə təklif edən "Zülfikarlar Holding AS" şirkəti olacaq. Qeyd edək ki, "Türkiye Petrolleri" (TP) avtomobil yanacaqdoldurma şəbəkəsi 1963-cü ildə Тürkiyə Neft-Qaz Korporasiyası (TPAO) tərəfindən yaradılıb. TP təqribən 400 yanacaqdoldurma stansiyasına malikdir. "Zülfikarlar Holding" isə 1942-ci ildə İstanbulda azərbaycanlı mühacir ailəsi Zülfüqarlar tərəfindən yaradılıb. Holdinq, əsasən, kimyəvi məhsulların istehsalı ilə məşğul olur, 1994-cü ildən isə "Turkuaz Petrol Ürünleri A.Ş." adı altında energetika sektorunda fəaliyyət göstərir. Holdinqə, həmçinin "Akdeniz Faktoring Hizmetleri A.Ş.", "Trend Lojistik A.Ş." kimi iri şirkətlər daxildir. trend

DİGƏR XƏBƏRLƏR

Top