Çin ABŞ-dən 200 “Boeing” təyyarəsi istəyir


Çin Vaşinqton və Pekin arasında danışıqlardan sonra 200 “Boeing” təyyarəsi sifariş etməyi planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına verdiyi müsahibədə bildirib.
“Biz çox şeyi müzakirə etdik, sadalamaq mümkün deyil. Çox yaxşı görüş keçirdik və onlardan bəzi nəticələr əldə etdik. Qəbul etdiyimiz qərarlardan biri də 200 “Boeing” təyyarəsinin sifarişidir. Bu, çox böyük məsələdir”, - Tramp qeyd edib.
“Əslində, “Boeing” 150 təyyarəyə ümid edirdi, ancaq sonda 200 təyyarə alındı”, - deyə Amerika Prezidenti əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top