Paşinyan Karapetyandan 15 min dollardan çox təzminat tələb edir


Ermənistanın Baş naziri Nikol Paşinyanın “Güclü Ermənistan” partiyasının lideri, rusiyalı iş adamı Samvel Karapetyandan 6 milyon dram (təxminən 16 200 dollar) təzminat tələb etdiyi məlum olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat məhkəmə aktlarının dərc olunduğu ”Datalex” saytında öz əksini tapıb.   
Məlumata görə, Paşinyan təzminatı Karapetyanın Çindən təxminən bir ton halüsinogen göbələk idxal etdiyi və çıxışlarından əvvəl istifadə etdiyi barədə verdiyi bəyanatlara görə tələb edir.
Məlumatda həmçinin Karapetyanın “YouTube” kanalında ən azı iki yüz min abunəçisi olan ən azı üç media orqanında canlı videoçəkilişlə sözlərini təkzib etməsi tələb olunur.
Məlumata görə, yuxarıda adı çəkilən media orqanlarında təkzib vermək mümkün olmazsa, bunun eyni şərtlər altında “/Strong Armenia” “YouTube” kanalı (Karapetyanın partiyasına məxsus kanal) vasitəsilə həyata keçirilməsi tələb edilir.

DİGƏR XƏBƏRLƏR

Top