
Rusiya Prezidenti Vladimir Putinin Çinə səfəri gələn həftə, 20 may tarixinə planlaşdırılır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “South China Morning Post” (SCMP) qəzeti mənbələrə istinadla məlumat yayıb.
Nəşrin mənbələrinə görə, Putin Çinə bir günlük səfər edəcək.
Onlar qeyd ediblər ki, Rusiya Prezidenti ilə Çin Prezidenti Si Cinpin arasında danışıqlar Rusiya və Çinin adi işlərinin bir hissəsi olduğundan, Pekində rəsmi qarşılanma və ya parad keçirilməsi ehtimalı azdır.
SCMP-nin məlumatına görə, Çin tarixində ilk dəfə olaraq iki dövlətin prezidentlərini bir aydan az müddətdə çoxtərəfli kontekstdən kənarda qəbul etməyə hazırlaşır.
Qeyd edək ki, mayın 13-də ABŞ Prezidenti Donald Tramp Çinə səfər edib. Bu, Trampın 2017-ci ildən bəri Çinə ilk səfəri olub.
Tətbiqimizi yükləyə bilərsiniz