Ançelotti Braziliya ilə müqaviləsini uzatdı


İtaliyalı məşqçi Karlo Ançelotti Braziliya milli futbol komandası ilə müqaviləsini 2030-cu ilə qədər uzadıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyasının mətbuat xidməti məlumat yayıb.
66 yaşlı mütəxəssislə əvvəlki müqavilə 2026-cı il Dünya Kubokunun sonuna qədər qüvvədə idi.
İtaliyalı mütəxəssis 2025-ci ilin yayından Braziliya milli komandasına rəhbərlik edir. Onun rəhbərliyi altında komanda ABŞ, Meksika və Kanadada keçiriləcək Dünya Kubokuna vəsiqə qazanıb. Qrup mərhələsində braziliyalılar Mərakeş, Haiti və Şotlandiya ilə qarşılaşacaqlar.
Onun əvvəlki məşqçilik vəzifəsi İspaniyanın “Real Madrid” klubunda olub. Ançelotti 2013-cü ildən 2015-ci ilə qədər Madrid klubuna rəhbərlik edib. 2021-ci ildə o yenidın komandaya qayıdıb. Ançelotti ”Real”la iki dəfə İspaniya liqasını, İspaniya Kubokunu və İspaniya Super Kubokunu, eləcə də FİFA Klublararası Dünya Kubokunu qazanıb. Onun rəhbərliyi altında “Real” üç dəfə Çempionlar Liqası və üç dəfə UEFA Super Kubokuna sahib olub.
Ançelotti tarixdə Avropanın ən yaxşı beş daxili liqasının hər birini qazanan ilk məşqçi olub. İtaliyalı məşqçi komandalarını beş dəfə titula apararaq məşqçi kimi ən çox Çempionlar Liqası tituluna sahib olub.
Karyerası ərzində Ançelotti İngiltərənin “Çelsi”, Almaniyanın “Bavariya”, İtaliyanın “Milan” və Fransanın PSJ klublarına daxili çempionluq qazandırıb.
O, “Milan”la birlikdə iki dəfə Çempionlar Liqası və UEFA Super Kubokunu, eləcə də FİFA Klublararası Dünya Kubokunu, İtaliya Kubokunu və İtaliya Super Kubokunu qazanıb. Onun rəhbərliyi altında “Çelsi” İngiltərə Kubokunu və Super Kubokunu, “Bavariya” iki dəfə Almaniya Super Kubokunu, “Yuventus” isə İntertoto Kubokunu qazanıb.
Ançelotti Avropa Futbol Assosiasiyaları İttifaqı (2022) və Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (2024) tərəfindən “İlin məşqçisi” seçilib. O, həmçinin İtaliya Çempionatı (2001, 2004) və Fransa Çempionatı (2013) üçün də oxşar mükafatlar qazanıb. Ançelotti İtaliya futbolunun, “Milan”ın və “Roma”nın şöhrət zallarına daxil edilib.

DİGƏR XƏBƏRLƏR

Top