
Türkiyənin hüquq-mühafizə orqanları İstanbul Böyükşəhər Bələdiyyəsində (İBB) növbəti əməliyyatı keçiriblər.
Yeniavaz.com “Sözcü”yə istinadla xəbər verir ki, əməliyyat nəticəsində 12 nəfər saxlanılıb.
Qeyd olunur ki, ümumilikdə 13 nəfər barəsində dövlət satınalmalarında saxtakarlıq edilməsi ittihamı ilə saxlanılma qərarı çıxarılıb.
Xatırladaq ki, ötən ilin əvvəllərindən etibarən aparıcı müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının (CHP) idarəetməsində olan İBB-də vaxtaşırı əməliyyatlar keçirilir.
2025-ci ilin mart ayında isə bələdiyyənin sədir və CHP-nin prezidentliyə namizədi Əkrəm İmamoğlu bu əməliyyatlar çərçivəsində saxlanılıb və barəsində həbs qərarı çıxarılıb. Hazırda İBB-də onun səlahiyyətlərini CHP-li Nuri Aslan icra edir.
Tətbiqimizi yükləyə bilərsiniz