“ABŞ-İran danışıqlarında irəliləyiş var” − Vens


ABŞ-nin vitse-prezidenti J.D. Vens İranla danışıqlarda irəliləyiş olduğunu açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, o, bunu jurnalistlərlə danışarkən, Tehranla məsləhətləşmələrin irəliləyişi ilə bağlı suala cavab verərkən deyib.
“Bunlar çox həssas danışıqlardır. Məhsuldar müzakirə aparmağa çalışdığımız üçün sizə hər şeyi deyə bilmərəm. Bu səhər Prezident Trampın kürəkəni Cared Kuşner və prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoffla, eləcə də ərəb dünyasındakı bir neçə dostumuzla telefonda çox vaxt keçirdim. Düşünürəm ki, irəliləyiş əldə edirik”, - Vens deyib.
“Əsas sual bu irəliləyişin prezidentin əsas tələbini ödəmək üçün kifayət edib-etməməsidir. Qırmızı xətt sadədir: o, İranın heç vaxt nüvə silahı əldə etməyəcəyinə dair zəmanətlər verəcəyimizə əmin olmalıdır”, - vitse-prezident əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top