Xabi Alonso “Liverpul”a keçə bilər

xabi alonso “çelsi”nin baş məşqçisi ola bilər – “the athletic”
“İspaniyalı məşqçi Xabi Alonso “Çelsi”nin təklifini qəbul etməkdə tərəddüd edir, çünki “Liverpul”un ona bu işi təklif edə biləcəyinə inanır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “i Sport” məlumat yayıb. 
Əvvəllər “Çelsi”nin baş məşqçi vəzifəsində Alonsonu prioritet hesab etdiyi bildirilirdi. Mənbəyə görə, Alonso beş mövsüm oyunçu kimi keçirdiyi “Liverpul”da boş yerin yaranıb-yayılmayacağını gözləməyə üstünlük verir.
Hazırkı “Liverpul” məşqçisi Arne Slotun gələcəyi şübhə altındadır. Mersisayd klubunun sahibləri səbirli olmağa hazır olsalar da, azarkeşlər Slot barədə narazılıqlarını açıq şəkildə bildirirlər.
Mənbəyə görə, Alonso “Liverpul”a göz dikməsəydi, artıq “Çelsi”nin təklifini qəbul edərdi.

DİGƏR XƏBƏRLƏR

Top