JIVA “Avroviziya-2026”nın ikinci yarımfinalında çıxış etdi − Yenilənib + Video


Azərbaycanı təmsil edən JIVA (Cəmilə Həşimova) “Avroviziya-2026”nın ikinci yarımfinalında çıxış edib.
Yeniavaz.com
xəbər verir ki, təmsilçimiz 2 nömrə altında səhnəyə çıxıb.
Qeyd edək ki, “Avroviziya-2026” müsabiqəsinin final mərhələsinə vəsiqə qazanan iştirakçılar tamaşaçı səsverməsi nəticəsində müəyyənləşəcək.

***18:33
Azərbaycanı təmsil edən JIVA bu gün “Avroviziya-2026”nın ikinci yarımfinalında çıxış edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “İctimai” Televiziya məlumat yayıb. 
Qeyd olunub ki, təmsilçimiz 2 nömrə altında səhnəyə çıxacaq.
“Səsvermə bütün iştirakçıların çıxışından sonra başlayacaq. Tamaşaçılar canlı şounu televiziya və ya “YouTube” vasitəsilə izləyə, səsvermə açıldıqdan sonra isə öz ölkələrində göstərilən SMS nömrələri və ya mümkün olduğu hallarda www.esc.vote platforması üzərindən Azərbaycana dəstək verə bilərlər.
Posterdə qeyd olunan ölkələrdə yaşayan azərbaycanlılar, Azərbaycanın dostları və JIVA-nın çıxışını bəyənən bütün Avroviziya izləyiciləri səsvermə zamanı 02 nömrəsinə səs verərək ölkəmizi dəstəkləyə bilərlər”, - məlumatda vurğulanıb.

DİGƏR XƏBƏRLƏR

Top