Kiyevdə matəm elan olundu


Ukraynanın paytaxtı Kiyevdə matəm elan olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə şəhər meri Vitali Kliçko sosial şəbəkə hesabında yazıb.
“Sabah − 15 may Kiyevdə matəm günü elan olunur. Bu qərar düşmənin paytaxta həyata keçirdiyi ən kütləvi hücumun qurbanlarının xatirəsinə həsr edilir”, − mer bildirib.
Kliçkonun sözlərinə görə, sabah şəhərdə bayraqlar yarıyadək endiriləcək və əyləncəli tədbirlərin keçirilməsinə icazə verilməyəcək.
Qeyd edək ki, Rusiya ordusu şəhərə genişmiqyaslı zərbələr endirib. Son məlumata görə, hücum nəticəsində 7 nəfər həlak olub, 44 nəfər isə yaralanıb. 20 nəfərin itkin düşdüyü bildirilir. 

DİGƏR XƏBƏRLƏR

Top