
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda sənaye sektorunda 21 milyard 120,4 milyon manatlıq məhsul istehsal olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,3 faiz artım deməkdir.
Hesabat dövründə sənaye məhsulunun 14 milyard 28,2 milyon manatı neft-qaz sektorunun, 7 milyard 92,2 milyon manatı isə qeyri-neft-qaz sektorunun payına düşüb. Neft-qaz sektorunda istehsal 0,9 faiz azaldığı halda, qeyri-neft-qaz sektorunda 7,2 faiz artım qeydə alınıb.
Sənaye məhsulunun sahələr üzrə bölgüsündə mədənçıxarma sənayesi 59,4 faizlə əsas paya malik olub. Emal sənayesinin payı isə 33,4 faiz təşkil edib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz