
Ermənistanın Baş naziri Nikol Paşinyan “Güclü Ermənistan” partiyasının lideri, rusiyalı iş adamı Samvel Karapetyanı məhkəməyə verib.
Yeniavaz.com xəbər verir ki, o, Karapetyanı Çindən təxminən bir tona yaxın halüsinogen göbələk idxal etdiyi və çıxışlarından əvvəl onlardan istifadə etdiyi iddiaları ilə bağlı məhkəməyə verdiyini bildirib.
“Bəli, şikayət ərizəsi verdim”, - deyə Paşinyan brifinq zamanı bu barədə verilən suala cavab olaraq qeyd edib.
“Bu cür ifadələri necə verə bilərsiniz? Bunlar ciddi bir insanın ifadələridirmi? Və o, güclü olduğunu iddia edir. Məhkəmə iddiası qaldıracağımı deyən kimi isə dizləri titrəyir, əllərini yuxarı qaldırır və “Xeyr, mən bunu demədim, mən başqa bir şey dedim” deyir”, - Paşinyan əlavə edib.
“Ona görə də, deyirəm ki, bir şeyi danışmazdan və ya etməzdən əvvəl düşünün”, - deyə Paşinyan yekunlaşdırıb.
Tətbiqimizi yükləyə bilərsiniz